09.11.2026

UNOPRESS

GEORGIA · CAUCASUS · WORLD
აზერბაიჯანი · 2026-11-04

ეი-አი Gürcüstanı üzvlük üçün kursunu dəyişməyə çağırıb

Avropa İttifaqının genişlənmə məsələləri üzrə komissarı Marta Kos bildirib ki, hakimiyyət kursunu dəyişəcəyi təqdirdə, Gürcüstanın Avropa yolu açıq qalır.

UNOPRESS · 2026-11-04 13:17 UTC
ეი-አი Gürcüstanı üzvlük üçün kursunu dəyişməyə çağırıb

APA-nın məlumatına görə, Avropa İttifaqının genişlənmə məsələləri üzrə komissarı Marta Kos Avropa Parlamentində 2026-cı il üzrə genişlənmə paketini təqdim edərkən bildirib ki, Gürcüstan hakimiyyəti kursunu dəyişəcəyi təqdirdə, ölkənin Avropa yolu açıq qalır.

Onun sözlərinə görə, Gürcüstanda hakim partiya demokratik prinsiplərə, qanunun aliliyinə və fundamental hüquqlara qarşı davamlı hücumlar vasitəsilə ölkənin Avropa yoluna zərbə vurmaqda davam edir. Komissar qeyd edib ki, ölkədə vətəndaş cəmiyyətinin fəaliyyəti üçün mövcud olan məkan daha da məhdudlaşıb.

Marta Kos əlavə edib ki, vəziyyəti dəyişmək və yeni mərhələyə başlamaq məsuliyyəti tam olaraq Gürcüstan hakimiyyətinin üzərinə düşür.

წყარო: https://apa.az/europe/ai-gurcustani-uzvluk-ucun-kursunu-deyismeye-cagirib-1011034

← მთავარ გვერდზე